Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə KHAMENEI.IR rəsmi saytının qadın, ailə və həyat tərzi bölməsi (“Reyhane”) “Mədəniyyət yaradan qız” başlığı altında Seyid Əli Xameneinin çıxışlarından seçmələr əsasında İran İslam cəmiyyətində qızların rolu və mövqeyinə yenidən nəzər salıb.
Qızlar üçün fəaliyyət meydanı iffətə riayət və kişilərlə qarışıqlığın olmaması şərti ilə açıqdır
Sosial, siyasi, elmi və digər sahələrdə fəaliyyət baxımından müsəlman qadın, müsəlman kişi kimi zamanın tələblərinə uyğun olaraq cəmiyyətin ehtiyac duyduğu boşluqları doldurmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək hüququna malikdir.
Əgər bir qız həkim olmaq, iqtisadi fəaliyyətlə məşğul olmaq, elmi sahədə çalışmaq, universitetdə dərs demək, siyasi fəaliyyətə qoşulmaq və ya jurnalist olmaq istəyirsə, onun üçün imkanlar mövcuddur.
Lakin bu fəaliyyətlər iffət və həyanın qorunması, qadın və kişi arasında qarışıqlığın qarşısının alınması şərti ilə həyata keçirilməlidir. İslam cəmiyyətində bu prinsiplərə riayət olunduğu halda həm qadın, həm də kişi üçün fəaliyyət sahələri açıqdır.
İslam mənbələri və hökmləri də göstərir ki, qadın və kişi sosial məsuliyyət baxımından bərabərdir. “Kim müsəlmanların işləri ilə maraqlanmazsa, müsəlman deyil” məzmunlu hədis yalnız kişilərə aid deyil. Qadınlar da İslam cəmiyyətinin və ümumilikdə dünyanın məsələlərinə qarşı məsuliyyət hissi daşımalıdırlar. (Xuzistan qadınları ilə görüşdə çıxış, 20 mart 1997)
Öz kimliyinizi həzrət Zeynəb Kübradan (s.ə) götürün
Ümid edilir ki, gənc qızlar və qadınlar Zeynəb Kübranın nümunəsində diqqətlə düşünərək öz kimlik və şəxsiyyətlərini bu nümunəvi şəxsiyyət əsasında formalaşdırsınlar.
İnsanın daxili mahiyyəti kamilləşib aydınlıq qazandıqda, digər məsələlər ikinci dərəcəli olur və bu, ona bütün sahələrdə güc və bacarıq verir.
(Xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxış, 15 iyun 2005)
İslam qadınının əzəmətini dünyaya göstərin
İslam cəmiyyətində iranlı qadın çalışmalıdır ki, İslam qadınının böyük əzəməti elə şəkildə canlandırsın ki, dünya diqqətini ona yönəltsin.
Bu gün bu vəzifə bütün müsəlman qadınların, xüsusilə gənc qızların, məktəbli və tələbələrin üzərinə düşür. (Qadınlarla görüşdə çıxış, 21 sentyabr 2000)
Qadının rolunu İslam baxımından təqdim edin
Elit qadınlar, gənclər və qızların ən mühüm vəzifələrindən biri qadının İslam baxımından rolunu düzgün şəkildə təsvir etmək, onu ön plana çıxarmaq və aydınlaşdırmaqdır.
Qadının düzgün tərbiyəsi insan cəmiyyətlərinə edilən ən böyük xidmətlərdən biridir. Bu istiqamətdə fəaliyyət genişlənməli, güclənməli və ümumiləşməlidir. Bu yolda uğur əldə olunacağına şübhə yoxdur.
(“Qadınlar və İslam oyanışı” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə çıxış, 11 iyul 2012)
• Təhsil, gözəl əxlaq və siyasi ayıqlıq inqilabçı fəaliyyətlə birlikdə sizin vəzifənizdir
Əziz qızım! İlahi vəzifə yoluna qədəm qoymağınız mübarək olsun. Siz artıq uca və çehriban Allahın xitabına layiq olan insansınız və bu böyük bir şərəfdir. Allahın göstərişlərini öyrənib onlara əməl etməyə çalışın. Bu sizi xoşbəxt, dəyərli və başqaları üçün faydalı edəcək.
İslam dinin rəhbərləri olan Peyğəmbər (s) və məsum İmamlar (ə) ən gözəl örnəklərdir. Onları tanımağa və onlara tabe olmağa çalışın.
Təhsil almaq, gözəl əxlaq, siyasi ayıqlıq və inqilabçı fəaliyyət bu nəsildə olan qız və oğlanların heç vaxt unutmamalı olduqları vəzifələrdir. Sizin şəri cəhətdən yetkinlik yaşına daxil olmağınızı təbrik edir və sizin üçün dua edirəm.
(Şəri cəhətdən yetkinlik yaşına daxil olmuş bir qızın məktubuna cavab – 24.09.2019)
• Universitet mühitində İslam mədəniyyətini yaymaq
Universitet mühiti çox mühümdür. Universitetlərdə qadın tələbələr və müəllimlər İslam ruhunu və mədəniyyətini yaymağa çalışmalıdırlar. Əgər (Allah eləməsin) universitetlərdə İslam hicabına və ya müsəlman qız tələbələrə hörmətsizlik edənlər varsa, onlara imkan verilməməlidir ki, pozucu fikirləri yaymağa davam etsinlər.
Universitetin mühiti İslam mühiti olmalıdır. İslam ölçülərinə uyğun insan yetişdirən bir mühit. Elə bir mühit ki, nümunəsi həzrət Fatimə Zəhra (s.ə) olsun. Bu, ölkənin gələcəyi üçün son dərəcə vacibdir.
(Qadınlarla görüş – 25.09.1992)
• Təhsil, araşdırma və gündəlik məsələləri öyrənmək qəti vəzifədir
Əziz bacılarım və qızlarım! Sizə tövsiyəm budur ki, bilik və məlumatınızı artırın. Oxumaq, dəqiqlik, araşdırma, dərs və gündəlik məsələləri anlamaq, həmçinin dini işlərə diqqət göstərmək qadın və kişilərin hamısı üçün qəti vəzifədir.
(Urmiya vilayətinin qadınları ilə görüşdə – 18.09.1996)
• Universitet qadınların elmi inkişafı üçün yaxşı mühitdir
Gənclərin xüsusilə də qızların universitetə daxil olması çox yaxşı bir haldır. Çünki əsasən təhsil, mütaliə və maariflənmə yeri universitetdir.
Qadınlar universitet mühitində daha çox elmi inkişaf, cəsarət və düşüncə genişliyi əldə edirlər.
(Mütəfəkkir qadınlarla görüşdən – 18.10.1997)
• Valideynlərin məhəbbətinə və nəsihətlərinə diqqət edin
Gənclikdə müxtəlif fəaliyyətlər insanın şəxsiyyətini formalaşdırır. Onun xarakterini möhkəmləndirir, gələcəyini təmin edir və daha aydın edir.
Mən ailələrə tövsiyə edirəm ki, övladlarının faydalı fəaliyyətlərdə iştirakına kömək etsinlər. Qızlara da tövsiyə edirəm ki, valideynlərin istəklərini tamamilə narahat edən bir şey kimi qəbul etməsinlər. Siz mənim övladım kimisiniz və sizə verdiyim nəsihət ata mövqeyindən olan bir nəsihətdir. Bunu qəbul edin ki, çox vaxt valideynlərin (ata və anaların) gəncin və ya yeniyetmənin hansı şeyinin faydalı, hansının zərərli olduğunu düzgün və daha aydın şəkildə müəyyən etməsi, gənclərin öz mühakiməsindən daha doğrudur. Bilin ki, onlar sizə qarşı səmimi və qayğıkeşdirlər.
(İslam İnqilabı və gənclər günü görüşündən – 13.02.1999)
• Diqqətli olun düşmənlər dünya və axirət üçün zəif nöqtələrinizdən istifadə edə bilər
İnsanlar, istər kişi, istər qadın, istər gənc, istər yaşlı, istər alim, istərsə də cahil daim zərər görmə riski altındadır.
Hətta ixlaslı insanlar belə böyük təhlükə içindədirlər.
Deməli, insan özünü tam təhlükəsiz hesab etməməlidir. Əgər ən yüksək səviyyəyə çatsaq belə, yenə də diqqətli olmalıyıq.
Düşmənlər, istər dünya ilə bağlı, istər axirət ilə bağlı, istər izzətimizə qarşı, istərsə də İslam sisteminə qarşı insanın zəif nöqtələrindən istifadə edirlər. Nəfsi istəklərdən, qəzəbdən, hakimiyyət və şöhrət sevgisindən, özünü nümayiş etdirmə kimi meylindən istifadə edirlər. Buna görə hər kəs diqqətli olmalıdır; xüsusilə qadınlar və gənc qızlar daha çox diqqət etməlidirlər.
(Ölkə üzrə məddahlarla keçirilən görüşdəki çıxışdan 12.05.2012)
• Özünü göstərmə və özünü nümayiş etdirmə cəmiyyət, əxlaq və siyasət üçün dağıdıcı və qalıcı təsirlərə malikdir
Həm axirət, həm də ölkənin izzətinin qorunması və inkişafı baxımından qadınlar hicab, iffət, dini qaydalara bağlılıq və məsuliyyət məsələlərinə diqqət etməlidirlər; bu, onların vəzifəsidir. Özünü nümayiş etdirmək və diqqət çəkmək anlıq bir haldır, lakin onun cəmiyyətə, əxlaqa və hətta siyasətə vurduğu zərər qalıcı və dağıdıcı olur. Halbuki iffətə riayət etmək və qadınların şəri sərhədlərə əməl etməsi, əgər çətinlik yaratsa belə, bu çətinlik müvəqqətidir, amma nəticələri dərin və davamlıdır. Qadınlar hicab və iffət məsələsində çox diqqətli olmalıdırlar. Bbu onların vəzifəsi, şərəfi və şəxsiyyətidir.
(Mədahlar ilə görüş – 12.05.2012)
• Dünyanın ən xırda siyasi hadisələri haqqında düşünün və analiz verin
Mən istəyirəm ki, gənclərimiz, o cümlədən tələbələr, həm qızlar, həm oğlanlar, hətta məktəblilər belə dünyanın ən xırda siyasi hadisələri haqqında düşünsünlər və analiz versinlər. Hətta verdiyiniz analiz səhv olsa belə, problem deyil. O kəslərə lənət olsun ki, gəncliyi və universiteti siyasətdən uzaqlaşdırmağa çalışırlar. Bir ölkənin gəncləri siyasətdən uzaq olsa, onlar dünyadakı siyasi prosesləri anlamazlar və düzgün təhlil edə bilməzlər. Belə bir cəmiyyət isə nə dövlət quruculuğunu, nə mübarizəni, nə də inkişafı düzgün həyata keçirə bilməz.
(Tələbə və şagirdlərlə görüş – 12.11.1993)
• Düşmənlər mənəviyyat yolunda olan gəncliyi istəmirlər
Düşmənlər imanlı, iradəli, pak və dini dəyərlər yolunda çalışan gənc nəsli istər oğlan, istərsədə qız olsun qəbul etmirlər. Onlar pozğun və məsuliyyətsiz bir gənclik istəyirlər. Bu səbəbdən gənclər buna qarşı müqavimət göstərməlidirlər. Rəhbərlər də bu gənc nəslə arxalanmalı və öz güclərini bu xalqın imanından almalıdırlar.
Xalqın iradəsi ilahi iradənin təzahürüdür. Rəhbərlər düşmən təbliğatından qorxmamalıdırlar. Gənclər isə öz dəyərlərini bilməli və özlərini islah etməyə çalışmalıdırlar.
(Əhvaz şəhərinin gəncləri ilə görüşdə – 30.07.2003)
• Ölkənin əsas məsələlərinə ciddi yanaşın
Biz gənclərimizdən həm qızlardan, həm oğlanlardan gözləyirik ki, ölkənin əsas məsələlərinə ciddi yanaşsınlar. “Ciddilik” anlayışı üzərində düşünmək lazımdır. Görəcəksiniz ki, bir çox problemlər məhz qeyri-ciddilikdən yaranır.
(Tələbə təşkilatları və gənc elitlərlə görüş – 06.11.2003)
• İman, saleh əməl ilə birlikdə inkişafın ən mühüm dayağıdır
Əzizlərim! Gənc oğlul və qızlar! Bilin ki, bu sahədə yəni inkişaf və tərəqqi meydanında ən mühüm dayaq imanla saleh əməlin birlikdə olmasıdır.
İslam maarifində çoxlu və zəngin mənbələrə əsaslanan, saf, aydın, şübhəsiz, məntiqi iman insanı irəli aparır. Lakin tək iman kifayət etmir. İman əməl ilə birlikdə olmalıdır. Əgər iman insanı əmələ, məsuliyyətə, bağlılığa aparmırsa, əgər laqeydlik, başıboşluq və məsuliyyətsizlik onunla yanaşıdırsa, belə iman təsirli olmaz. Amma iman əməllə birlikdə, intizam və bağlılıqla müşayiət olunsa, həm insanın dünyasını düzəldər, həm də ölkənin gələcəyinə kömək edər. Buna diqqət yetirin və bu istiqamətdə çalışın.
(Tələbə və elita ilə görüş – 03.10.2005)
• İbtidai sinifdə təhsil alan qız uşağlarına ən vacib tövsiyələr
Qızım! Atanın və ananın sözünə qulaq as. Namazını düzgün və diqqətlə qıl. Dərslərində çalışqan ol.
(İmam Xomeyninin məktuba cavabı – 30.09.1998)
• Milli izzət və kimliyin müdafiəsində rol oynayın
Düzdür ki, bu gün fiziki sərhədlərin müdafiəsi (yəni klassik müharibə vəziyyəti) gündəmdə deyil, lakin milli kimliyin, dini şəxsiyyətin və ideoloji sərhədlərin müdafiəsi tam şəkildə aktualdır.
Bu sahə hər kəsin məsuliyyətidir. Gənclər keçmiş dövrlərdə olduğu kimi silahlı müdafiə meydanında olmasalar da, bu gün şərəf və izzət meydanında milli kimliyin, dini dəyərlərin və İslam inancının müdafiəsində rol oynaya bilərlər.
Qız və oğlan, qadın və kişilər hamı bir nəfər kimi bu həssas müdafiə sahəsində iştirak edə bilər. Bu ruhiyyə qorunmalıdır. Məsul şəxslər də bilməlidirlər ki, bu regionda çox dəyərli mənəvi və insan potensialı mövcuddur. Maddi imkanlarla yanaşı, bu mənəvi güc də mühümdür.
(Gilanqərb əhalisi ilə görüşdə – 23.10.2011)
• Düşmənin azdırıcı təbliğatına qarşı müqavimət göstərin
Düşmənlərin gördüyü işlərdən biri pak, saf və təmiz gəncləri pozmaqdır. Bunun üçün çox ciddi və geniş planlar qururlar. Gənclər, o cümlədən həm oğlan, həm də qızlar ilk növbədə özləri bu azdırıcı və təhlükəli təbliğata qarşı dayanmalı, müqavimət göstərməlidirlər. Düşmənin hiylə və aldadıcı reklamlarına aldanmamalıdırlar.
(Bəsic üzvləri ilə görüşdə – 30.08.1993)
• Elmi, siyasi, sosial və mədəni sahələrdə fəal olun
Sizə! Gənc qız və oğlanlara tövsiyəm budur ki, bütün sahələrdə aktiv olun. İstər təhsil, istərsə də elm, tədqiqat, siyasət, ictimai fəaliyyət, mədəni işlər, jurnalistika, incəsənət və həmçinin idman sahələrində aktiv olun. Amma bütün bu fəaliyyətlərdə təmizlik, təqva, iman, ixlas və mənəvi saflıq qorunmalıdır. Əgər bu imanlı, səmimi və saf fəaliyyət davam etsə, heç şübhəsiz ki, düşmənlər bu xalqla mübarizədə dəfələrlə məğlub olacaqlar.
(Tələbə və şagirdlərlə görüş – 09.11.1996)
• Özünüzü ölkəni idarə etməyə hazırlayın
Gənclər (həm oğlanlar, həm də qızlar) dərs oxumalı və təhsil mərhələlərini tam şəkildə keçməlidirlər. Bu inqilab və bu ölkə sizə aiddir. Siz özünüzü ölkənin idarə olunmasına hazırlamalısınız. Ola bilsin ki, gələcəkdə sizin aranızdan ölkədə ağır və böyük vəzifələr daşıyan insanlar çıxsın.
Bəs bu nə zaman mümkün olar? Sizin oxuduğunuz və çalışdığınız zaman bu mümkündür.
Gənclər üzərində işsizlik hökm sürməməlidir. Hamı işləməli, səy göstərməli və zəhmət çəkməlidir. İnşallah ölkə abad olacaq.
(Buşəhr vilayətinin Delvar bölgəsinin əhalisi ilə görüşdə – 1991/01/13)
• Universitet və məktəb mühitini inqilabi və islami edin
Siz tələbələr və şagirdlər (həm oğlanlar, həm qızlar) ağır məsuliyyət daşıyırsınız.
Sizin əsas vəzifəniz təhsil almaqdır, lakin bununla yanaşı həm universitet mühitində, həm də məktəblərdə inqilabçı və dini vəzifəniz də vardır.
Bu mübarizə bir günlük, iki günlük və ya bir illik mübarizə deyil, bu, nəsillərin mübarizəsidir.
İnqilabın başlanğıcından uzaqlaşmış nəsil əgər İranı izzətə çatdırmaq, onu qurmaq və onu digər xalqlar üçün nümunə etmək istəyirsə, mütləq inqilabi, islami və dindar bir nəsil olmalıdır.
Bu gün siz tələbə və şagirdsiniz, sabah isə ölkəni idarə edənlər olacaqsınız. Bu gün özünüzü formalaşdırın, universitetləri və məktəbləri də inqilab və islama uyğun şəkildə edin.
(Tələbələr, şagirdlər, müəllimlər və tibb bacıları ilə görüşdən – 1992/11/04)
• Elm və imanla gerilikləri aradan qaldırın
Mən siz əziz gənclərə mömin bəsicilərə tövsiyəedirəm ki, bu ölkə sizə aiddir. Gənc nəsil bu ölkəni qurmalıdır. Siz bu inqilabın qoyduğu izzət və əzəmət təməllərini qoruyub yüksəltməlisiniz. Siz öz gücünüz, iradəniz, elm və imanınızla inqilabdan əvvəlki onilliklərin geriliyini aradan qaldırmalısınız.
(“İmam Əli (ə) yoldaşları adlı mədəni–hərbi düşərgədə iştirak edən bəsicilər ilə görüşdəki çıxışlardan.” 2000/10/21)
• Təkliyə (mükəlləfiyyətə) çatdıqda namazı tam öyrənin
Bu gün siz əziz qızlar uşaqlıq dövründən çıxmısınız və böyüklər sırasına daxil olmusunuz. Çünki artıq namaz sizə vacibdir. Siz namaz qılmalı, ibadət etməli və Allahla danışmalısınız. Bu gözəl həyat dövrünü qiymətləndirin və namazı tam şəkildə öyrənin. Namazın zikrləri, hərəkətləri, dəstəmaz və paklıq kimi bütün qaydaları düzgün öyrənməlisiniz.
(Buşəhr vilayətinin şagirdlərinin təklif mərasimi 1991/01/12)
“Dövlət mədəniyyətini quracaq qız kitabçasını əldə etmək üçün buraya klikləyin.”
Rəyiniz